BMT Təhlükəsizlik Şurası İrana qarşı 2817 saylı qətnaməni qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qətnaməni Bəhreyn təqdim edib və sənəddə İranın Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qatar, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya-ya qarşı hücumları qətiyyətlə qınanır, həmin ölkələrin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə dəstək verilir.
Qətnamə 5 daimi və 15 üzvdən ibarət Təhlükəsizlik Şurasında 13 səslə qəbul edilib. Rusiya və Çin sənədin birtərəfli hazırlandığını bildiriblər, lakin veto hüquqlarından istifadə etməyərək qəbulunu əngəlləməyiblər. Bu, ərəb dövlətləri ilə münasibətlərdə balansı qorumağa yönəlmiş addım kimi qiymətləndirilir.
Sənəddə İrandan hücumların dayandırılması və proksi qruplara dəstəyin kəsilməsi tələb edilir. Eyni zamanda, Rusiya tərəfindən təqdim olunan qətnamə isə 4-11 səs fərqi ilə rədd edilib.