İsrail Müdafiə Qüvvələri (İDF) İranda yerləşən daha bir əsas nüvə proqramı obyektinə hava zərbəsi endirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hücum Taleqan nüvə müəssisəsini hədəf alıb. Bu obyekt İranın nüvə silahı imkanlarını inkişaf etdirmək məqsədilə istifadə olunan əsas mərkəzlərdən biridir.
Bildirilib ki, Taleqan müəssisəsi 2000-ci illərdə mövcud olduğu deyilən gizli nüvə silahı proqramı – Amad layihəsi çərçivəsində qabaqcıl partlayıcı maddələrin hazırlanması və həssas sınaqlar üçün istifadə olunub.
İDF açıqlamasında qeyd edir ki, hücum İranı nüvə silahlarının hazırlanması üçün zəruri olan əsas komponentlərdən məhrum etmək məqsədilə davam edən əməliyyatların növbəti mərhələsidir.