ABŞ kəşfiyyat qurumlarının hazırladığı hesabatlara görə, İran rəhbərliyi əsasən dəyişməz qalır və ölkədə siyasi rejimin dağılması ehtimalı müşahidə olunmur.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, ABŞ və İsrail tərəfindən təxminən iki həftə davam edən hücumlara baxmayaraq, İran hakimiyyəti əhali üzərində nəzarəti qoruyub saxlayır.
Hesabatda bildirilir ki, İranın Ali Lideri Əli Xameneinin öldürülməsi ilə bağlı məlumatlara baxmayaraq, ölkənin ruhani rəhbərliyi birliyini qoruyur. Qapalı danışıqlarda İsrail rəsmiləri də İrana qarşı aparılan müharibənin ölkədə rejim dəyişikliyinə zəmanət vermədiyini etiraf ediblər.
Eyni zamanda qeyd olunur ki, İranın təhlükəsizlik strukturları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ordu və digər güc qurumları hakimiyyətə sadiq qalmaqda davam edir və sistem üzərində nəzarət saxlanılır.