İran Hörmüz boğazı ilə bağlı çağırışlara cavab verib
İran Hörmüz boğazında hücumların dayandırılması ilə bağlı beynəlxalq çağırışlara münasibət bildirərək bölgədə təhlükəsizlik məsələsində sərt mövqe ortaya qoyub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Türkiyə, Misir, Hindistan və Pakistan rəsmiləri Tehrana müraciət edərək Hörmüz boğazında hücumların dayandırılmasını istəyiblər.
Məlumata görə, Iran bu çağırışlara cavab olaraq bildirib ki, bölgədə təhlükəsizlik yalnız bütün tərəflər üçün təmin olunmalıdır. İran tərəfi mövqeyini “təhlükəsizlik ya hamı üçün olacaq, ya da heç kim üçün olmayacaq” ifadəsi ilə açıqlayıb.
16:44 12.03.2026
Oxunuş sayı: 55