İranla müharibənin ilk altı günü ABŞ-yə ən azı 11,3 milyard dollara başa gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Mənbələr bildirir ki, eyni rəqəm daha əvvəl "The New York Times" tərəfindən də açıqlanmışdı. ABŞ senatoru Kris Kuns bu qiymətləndirmənin “təxminən dəqiq” olduğunu bildirib. Lakin o qeyd edib ki, hərbi quruculuq və digər əlavə xərclər nəzərə alınarsa, ümumi əməliyyat xərcləri daha yüksək ola bilər.
Senatorun sözlərinə görə, gündəlik xərcləri sabit hesab etmək mümkün deyil, lakin onların gündə 1,5 milyard dollardan xeyli çox olduğunu düşünmək mümkündür.
Hazırda əməliyyatın maliyyələşdirilməsi Pentaqon üçün əvvəlcədən ayrılmış vəsait hesabına həyata keçirilir. ABŞ Konqresi isə hələ ki, İranla müharibə üçün əlavə maliyyə paketini təsdiqləməyib. Qanunvericilərin sözlərinə görə, Ağ Ev də hələlik yeni maliyyələşdirmə paketi üçün rəsmi müraciət etməyib.