Körfəz ölkələrindən İran hədəflərinə raket zərbələri...
Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İran ərazisində bəzi hədəflərə uzaqmənzilli raket zərbələrinin endirildiyi barədə məlumatlar yayılıb. Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,hücum zamanı "ATACMS" tipli taktiki ballistik raketlərdən istifadə olunub.
Məlumatlara görə, raketlərin bir qismi Küveyt, Bəhreyn və İraq ərazilərindən buraxılıb. Hazırda zərbələrin dəqiq hansı obyektləri hədəf aldığı və hücum nəticəsində dəyən zərərin miqyası barədə rəsmi açıqlama verilməyib.
Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
13:22 12.03.2026
Oxunuş sayı: 45