Çin gəmisi təhlükə səbəbindən Hörmüz boğazından geri qayıtdı
Çinə məxsus “Hailan Journey” yük gəmisi Hörmüz boğazı yaxınlığında vəziyyətin gərginləşdiyini görərək marşrutunu dəyişib və əvvəlki istiqamətinə geri qayıdıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, gəmi boğaza doğru hərəkət edərkən təhlükəsizlik risklərinin artması səbəbindən kursunu qəfil dəyişib.
İran-İsrail-ABŞ müharibəsi Körfəz bölgəsində beynəlxalq dəniz nəqliyyatına da təsir göstərir. Buna görə bəzi ticarət gəmiləri təhlükəsizlik səbəblərindən marşrutlarını dəyişməyə başlayıblar.
13:00 12.03.2026
Oxunuş sayı: 42