Zelenski: Sülh istəyirik, amma Donbası təhvil verməyəcəyik
Ukrayna Prezidenti Volodomir Zelenski bildirib ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putin ilə şəxsi düşmənçilikdən asılı olmayaraq sülhə ehtiyac duyur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski vurğulayıb ki, Donbası Rusiyaya təhvil vermək niyyətində deyil, çünki onun prioriteti Ukrayna konstitusiyasını, müstəqilliyini və xalqını qorumaqdır.
O əlavə edib ki, Ukrayna artıq Rusiya ilə danışıqlarda əhəmiyyətli güzəştlərə gedib, lakin bu güzəştlər Kremlin gözləntilərini qarşılaya bilmir.
12:29 12.03.2026
Oxunuş sayı: 43