Baxçalı: Artıq Türkiyə və Azərbaycanın hava məkanında istiqamətini itirmiş raket görmək istəmirik
Türkiyə Böyük Millət Məclisinin deputatı və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, Türkiyə mehriban qonşuluq prinsiplərini qorumağa çalışır, lakin hava məkanından raket atılmasına dözməyəcək.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
O əlavə edib:
“Türkiyə hər kəsin raket buraxa biləcəyi ölkə deyil. Biz artıq Türkiyə və ya Azərbaycanın hava məkanında istiqamətini itirmiş və ya kursdan çıxan bir raket görmək istəmirik.”
18:30 10.03.2026
Oxunuş sayı: 56