Məktəbdə terror hücumunun qarşısı alınıb
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Bişkekdə məktəbə mümkün silahlı hücumun qarşısını alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xarici tərəfdaşlarla birlikdə aparılan antiterror əməliyyatları zamanı müəllim və tələbələrə hücum planlayan azyaşlı şagird müəyyən edilib.
Faktla bağlı “Terror aktı törətməklə hədələmə” maddəsi ilə cinayət işi açılıb.
17:20 10.03.2026
Oxunuş sayı: 45