Moskvada müsəlman icması cərimələndi
Moskvada fəaliyyət göstərən Risalət müsəlman icması ibadət zalı təşkil etdiyi və cümə namazı qıldığı üçün cərimələnib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, icma biznes mərkəzində ibadət zalı təşkil etdiyinə görə 130 min rubl məbləğində cərimə olunub.
Yoxlama zamanı prokurorluq tərəfindən Quran oxuma vasitələri və İslami dərsliklər də müsadirə edilib. Bildirilib ki, həmin kitabların üzərində müvafiq dini qurumların təsdiqedici möhürləri yoxdur.
Məhkəmənin qərarına əsasən, müsadirə olunan kitabların məhv edilməsi barədə hökm çıxarılıb.
17:13 10.03.2026
Oxunuş sayı: 46