Rusiyada internet və rabitə məhdudlaşdırılır
Moskva və Sankt-Peterburqda internet və rabitə məhdudlaşdırılır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Məlumata görə, bütün əlaqə kəsintiləri və məhdudiyyətlər mövcud qanunvericiliyə uyğun həyata keçirilir. Peskov əlavə edib ki, bu tədbirlər barədə məlumat əvvəlcədən təqdim olunub və rabitə problemlərinin biznesə təsiri əlavə təhlil tələb edir.
Bildirək ki, Moskva sakinləri artıq beşinci gündür ki, şəhərin mərkəzi rayonlarında mobil internetin zəif işləməsindən şikayət edirlər. Paytaxtın mərkəzində və bəzi metro xətləri üzrə yalnız “ağ siyahıya” daxil edilmiş saytlar və tətbiqlər işləyir.
Fatimə Məmmədova
17:00 10.03.2026
Oxunuş sayı: 47