İran XİN: Hazırda yeganə prioritet ölkəni müdafiə etməkdir
İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi ölkənin mövcud vəziyyəti ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran Silahlı Qüvvələri hazırda ölkənin təhlükəsizliyini qətiyyətlə müdafiə edir. Qəribabadinin sözlərinə görə, mövcud şəraitdə İran üçün əsas və faktiki olaraq yeganə prioritet ölkənin müdafiəsini davam etdirməkdir.
“Hazırda İran İslam Respublikasında ölkəni qətiyyətlə və ciddi şəkildə müdafiə etməyə davam etməkdən başqa heç bir prioritet yoxdur. Biz müharibə vəziyyətindəyik və bu hərəkətlərin nəticələrinin olması təbiidir”, – deyə o vurğulayıb.
16:23 10.03.2026
Oxunuş sayı: 51