İran ABŞ ilə uzunmüddətli müharibəyə hazırdır – AÇIQLANDI
İran ABŞ ilə mümkün uzunmüddətli qarşıdurmaya hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi CNN telekanalına müsahibəsində danışıb.
Xərrazi bildirib ki, hazırkı şəraitdə Tehran diplomatik həll üçün ciddi imkan görmür və ölkə ABŞ ilə uzunmüddətli müharibə ehtimalına hazırlaşır.
O əlavə edib ki, münaqişənin sona çatması yalnız qlobal iqtisadi təzyiqlərin artması, xüsusilə enerji qiymətlərinin yüksəlməsi və neft tədarükündə fasilələr yaranarsa mümkün ola bilər.
Xərrazi vurğulayıb ki, İranın yeni ali dini rəhbəri Müctəba Xameneyi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
16:06 10.03.2026
Oxunuş sayı: 53