İsrail Livana hücum etməyi planlaşdırır
İsrail Livana qarşı hücumun İranla olan münaqişədən daha uzun müddət davam edəcəyini gözləyir. İsrail rəsmiləri, İranla gərginlik başlamamışdan əvvəl belə, Hizbullaha qarşı hücumun həyata keçirilməsini müzakirə edirdilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri məlumat yayıb.
Hazırda İsrail qüvvələrinin Bəqaa vadisinə göndərilməsi ilə bağlı müzakirələr davam edir, lakin hələlik rəsmi qərar verilməyib.
15:16 10.03.2026
Oxunuş sayı: 49