İran Bəhreyndə yerləşən ABŞ hərbi obyektinə raket zərbəsi endirib.
Crossmedia.az bu barədə "Tasnim " xəbər agentliyinə istinadən xəbər verir ki, hücum Bəhreyndə yerləşən İsa Hava Bazasında yerləşən Amerika hərbi obyektini hədəf alıb. Raket zərbəsi nəticəsində ərazidə yanğın baş verdiyi və güclü tüstü buludu yarandığı bildirilib.
Mənbələrin sözlərinə görə, hücumun əsas hədəfi ABŞ hərbçilərinin yerləşdiyi yataqxana olub. Hadisə nəticəsində mümkün itkilər barədə hələlik məlumat verilməyib.