İran zərbə endirdi:Netanyahunun qardaşı həlak oldu
Bu gün sübh tezdən elan edilib ki, İranın Tel-Əvivin şimalına endirdiyi raket zərbələri dalğasının hədəfi Kesariyada yerləşən Netanyahunun evi olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbət verir ki, İranın gecə hücumu nəticəsində Netanyahunun ailə evinə zərbə dəyib və onun qardaşı həlak (məhv) olub.
Daha əvvəl Netanyahunun ailəsini təhlükəsiz bir əraziyə köçürdüyü iddia olunurdu, lakin həmin yer o qədər də təhlükəsiz çıxmayıb və İran raketləri ora zərbə endirib.
Onun Kesariyadakı villası da tamamilə dağıdılıb. Eyni zamanda Netanyahunun özü nüvə hücumlarına qarşı nəzərdə tutulmuş bunkerdə gizlənərək ABŞ-nin dəstəyinə arxalanıb müharibəni davam etdirir.
09:29 10.03.2026
Oxunuş sayı: 52