Nikol Paşinyan Fransaya səfərə gedib
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Crossmedia.az xəbər verir ki, o, martın 10-da Parisdə Nüvə Enerjisi Sammitinə qatılacaq, martın 11-də isə Strasburqa səfər edəcək.
Qeyd olunur ki, Ermənistanın Baş naziri Avropa Parlamentində (AP) çıxış edəcək. Səfər çərçivəsində Paşinyan AP-nin sədri Roberta Metsola ilə görüşəcək.
23:20 09.03.2026
Oxunuş sayı: 50