Tramp neftin bahalaşacağının anonsunu verdi
ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin kəskin artması ilə bağlı planının olduğunu bildirib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Tramp jurnalistlərə açıqlamasında məsələ ilə bağlı konkret detalları açıqlamasa da, vəziyyətə nəzarət üçün strategiya hazırladığını qeyd edib.
“Hər şey üçün bir planım var, tamam? Hər şey üçün bir planım var. Çox xoşbəxt olacaqsınız”, – deyə o bildirib.
ABŞ lideri planın məzmunu barədə əlavə məlumat verməyib.
22:40 09.03.2026
Oxunuş sayı: 56