İsrail "Hizbullah"ın hücrəsini məhv edib
İsrail Müdafiə Ordusunun (Saxal) 146-cı diviziyasının tabeliyində olan 300-cü briqada Cənubi Livanda " ön xətt müdafiəsi" əməliyyatlarını davam etdirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əməliyyyatlar zamanı xristianların məskunlaşdığı rayonda mülki obyektə sızmağa çalışan "Hizbullah" silahlı qrupunun hücrəsi aşkar edilib.
İsrail ordusu bəyan edib ki, bölgədəki hərbi mövcudluq və əməliyyatlar "Hizbullah"ın potensial bərpa cəhdlərinin qarşısını almaq və ön müdafiə xəttini qorumaq məqsədilə fasiləsiz davam etdiriləcək.
Fidan Şahkərəmova
17:27 09.03.2026
Oxunuş sayı: 49