Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, Rusiya Prezidenti Vladimir Putin illərdir qələbə əldə etdiyini iddia etsə də, reallıq fərqlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna dövləti müstəqil olaraq fəaliyyətini davam etdirir, ölkənin idarəçiliyi Kiyevdən həyata keçirilir və bütün itkilərə baxmayaraq Ukrayna müqavimət göstərməkdə davam edir.
Starmer qeyd edib ki, bəzən qısa müddətdə nəticə verəcəyi düşünülən hərbi əməliyyatlar gözləniləndən daha uzun sürərək müharibəyə çevrilə bilər və bu, əməliyyatı başladan tərəfin özünə də ciddi zərər vura bilər. O vurğulayıb ki, hərbi müdaxilə hər zaman uğurlu seçim olmur.