İsrail Livanın Nəbatiyyə şəhərində yerləşən Rusiya Mədəniyyət Mərkəzinə hava zərbəsi endirib.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Məlumata görə, Əl-Bəyyad məhəlləsində həyata keçirilən dəqiq hava hücumu nəticəsində bina tamamilə dağıdılıb.
Rusiya KİV-ləri iddia edir ki, bu addım Moskvanın İrana mümkün dəstəyi ilə bağlı yayılan xəbərlərə cavab olaraq İsrailin digər ölkələrdəki rus obyektlərini hədəfə almaq məqsədi daşıya bilər.
Eyni zamanda xəbərlərdə qeyd olunur ki, Moskvada fəaliyyət göstərən yəhudi mədəniyyət mərkəzlərinin təhlükəsizliyinə zərər dəyməyəcək.