"Sabahın alimləri" müsabiqəsinin qalibi: "Səylərimizin qarşılığını almışıq"
"Biz səylərimizin qarşılığını almışıq".
Bu fikri "Sabahın alimləri" Respublika Layihə Müsabiqəsinin XV yubiley müsabiqəsinin milli final mərhələsi çərçivəsində bu gün keçirilən mükafatlandırma mərasimi zamın qızıl medal qazanan Hüseyn Tahirov Crossmedia.az-a açıqlamasında deyib:
“Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən gimnaziyanın on birinci sinif şagirdiyəm. Eyni zamanda Şagird Elmi Cəmiyyətinin sədrliyini həyata keçirirəm. Şagird Elmi Cəmiyyəti olaraq məktəbimizin müəllimlərinin və universitetimizin dəstəyi ilə fevral ayında layihə müsabiqəsinə hazırlaşırdıq. Bu gün isə yoldaşım Kənan Məmmədzadə ilə birlikdə böyük sevinc hissi keçiririk. Çünki artıq səylərimizin qarşılığını almışıq. Ümid edirik ki, may ayında keçiriləcək "ISEF" yarışında Azərbaycanımızın adını layiqincə təmsil edə biləcəyik".
Elmir Heydərli
13:18 05.03.2026
Oxunuş sayı: 557