İran-İsrail müharibəsi Azərbaycana necə təsir edə bilər? – SORGU
Yaxın Şərqdə vəziyyətin yenidən alovlanması dünyanın diqqətini özünə cəlb etdi. İran İsrail arasında gedən müharibənin şiddəti, döyüş zamanı bir çox vəzifəli şəxsin, həmçinin İranın ali dini liderinin öldürülməsi dünya gündəmində ciddi müzakirələrə səbəb olub.
Müharibə tək İran və İsraillə də məhdudlaşmır. BƏƏ də İrana qarşı müharibə elan edib. Bir neçə dövlətin sərhədlərimizin astanasında belə ciddi hərbi münaqişəyə qoşulması müəyyən mənada narahatlıq yaradır.
Nəzərə alsaq ki, müharibə edən tərəflərlə ciddi diplomatik əlaqələrimiz var və hər zaman sülhdən yana çıxış etdiyimiz üçün heç bir real təhlükə bizi gözləmir.
Həm də müharibə zamanı raketlərin təyinatı üzrə getməməsi və kiçik texniki xətalar hədəfi dəyişərək bizə yönəldə bilər.
Bəs Bakı sakinləri bu haqda nə düşünür?
Crossmedia.az olaraq Bakı sakinləri arasında "İran-İsrail müharibəsi Azərbaycana təsir edə bilərmi?" mövzusunda sorğu keçirdik:
XXX
Belə bir müharibənin olması bizim ölkəyə az da olsa təsir edə bilər. Ancaq bizim prezidentin uzaqgörən siyasəti nəticəsində ağır təsir olmayacaq. Çünki bizim prezident elə yol seçir ki, qonşu ölkələrlə münaqişə olmasın.
XXX

Mən istəyərəm bizə təsir etməsin. Hər bir məsələ sülh ilə həll olunsun. Bundan yaxşı şey yoxdu. Hər bir millətdə həm yaxşı adam var, həm də pis adam. Ona görə təqsirsiz insanlar ölməli deyil. İnsan dünyaya yaşamaq üçün gəlib öldürülmək üçün yox.
XXX

Çox dərdli məsələdir. Mən nə deyə bilərəm? Allah özü xeyir eləsin. Biz istəyərik ki, həmişə sülh olsun, müharibə olmasın. Nolsun ki, başqa millətik hamımız yaşamalıyıq.
XXX
Müharibə çox dəhşətli hadisədir. Mənim oğlumda Qarabağ müharibəsi iştirakçısıdır. Nəsə olsa gedər o. Amma mən daha müharibə istəmirəm.

XXX
Sanmıram Azərbaycana hansısa təsir göstərə bilsin. Bu xarici ölkələr arasındakı anlaşılmazlıqdır. Ümid edirəm tez bir zamanda başa çatar çox insan tələf olmaz.
XXX

Mən istəmərəm ki, təsir etsin, müharibədən yeni çıxmışıq. Biz daha müharibə istəmirik. Allah hər kəsə can sağlığı versin.
XXX

Azərbaycana təsir edə bilər. Çünki İranla qonşuyuq. Atılan raketlərdə müəyyən səhvə yol verilsə, raketin hədəfi Azərbaycan olacaq.
Ayhan Ağarzayev
Türkanə Muradlı
12:07 04.03.2026
Oxunuş sayı: 544