Diaspor

Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş TƏDBİR

Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Moskva Millətlər Evində “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adlı tədbir keçirilib.

Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə çıxış edən Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov kəlağayı haqqında məlumat verib, onun Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş baş örtüyü olduğunu deyib. O, kəlağayının həm qədim mədəniyyətimizin, tarixi ənənələrimizin simvolu, həm də Odlar yurdunun gözəllik, incəlik, namus və ləyaqət rəmzi olduğunu vurğulayıb.

Çıxışlardan sonra milli musiqi alətimiz sazın müşayiəti ilə Azərbaycan xalq mahnıları ifa edilib, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında azərbaycanlı gənclərin səhnələşdirdiyi musiqili nömrə təqdim olunub.

Tədbirin təşəbbüskarı, Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova kəlağayı haqqında şeirlər səsləndirib. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlı kəlağayının özəlliklərindən söhbət açıb.

Bəxtiyar Həsənov tədbir çərçivəsində keçirilən “Qadın ipək baş geyimlərinin istehsalı və daşınmasının ənənəvi mədəniyyəti və onun simvolizmi” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.

14:30 06.12.2024

Oxunuş sayı: 4074

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR