Bakıda məşhur iş adamı evində ölü tapıldı
“Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto”nun direktoru, “İmprotex Motors”un baş meneceri və “IZIA Development” şirkətinin direktoru, eləcə də bir sıra iri şirkətlərin rəhbəri kimi fəaliyyət göstərmiş iş adamı Rəşad Əliyev bağ evində dəm qazından ölüb.
Hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi insanlar sual edirlər: “Necə olur ki, bu qədər imkanlı şəxsin evində dəm qazından qorunmaq üçün lazımi vasitələr yoxdur?” Digərləri isə iddia edirlər ki, “ölməyib, öldürülüb”.
Qeyd edək ki, hadisənin dəqiq səbəbləri hələ araşdırılır.
"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bu barədə Crossmedia.az-a fikirlərini bildirib:
"Bütün hallarda onun dəm qazından dünyasının dəyişməsi və yaxud da öldürülməsi, bunlar hamısı fərziyyələrdir. Yəni, ilkin faktla bağlı aidiyyatı üzrə rayon prakrorlugu cinayət işi qalıracaq. Və təbii ki, bu ölümün səbəbləri ilə bağlı müxtəlif sahələr üzrə ekspertiza təyin olunacaq.

Yalnız o ekspertizanın nəticəsindən sonra kimisə məsuliyyətə cəlb etmək, yaxın dostları, yaxın çevrəsi, ailəsi, qonşuları danışdırmaq olar"
Ş. Əliyev vurğulayıb ki, bunların hər biri prokurorluq tərəfindən dindirildikdən sonra cinayət prosesualı qənaətinə gəlmək mümkün olacaq:
"Sadəcə sosial şəbəkələrdə dəm qazından dünyasının dəyişməsi ilə bağlı məlumatlar yer alır. Həqiqət belədir ki, həm ailə baxımından, həm də çevrə baxımından geniş imkanlara malik olan sahibkarın özünün yaşaması üçün müvafiq şərait yaratmaması bir az şübhələr doğurur. Hadisə yerinin hərtərəfli müayinə edilməsi gözlənilir. Beləliklə, ölən şəxsin evində dünyasının dəyişməsi ilə bağlı hər hansı əşyalar, dəlillər və sübutlar varsa ortalığa çıxacaq və bu suallara cavab tapılacaq".
Fatimə Məmmədova
13:40 13.02.2026
Oxunuş sayı: 746