Yük maşını dərəyə düşdü
Sabirabadda əlverişsiz hava şəraiti ilə əlaqədar iki yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, ilkin məlumata görə, qəzalardan biri fevralın 11-də gecə saatlarında qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük maşını hərəkət zamanı yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Digər hadisə isə həmin gün səhər saatlarında baş verib.
Hərəkətdə olan 10-VX-252 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib və nəticədə maşın dərəyə düşüb.
Xoşbəxtlikdən sürücü xəsarət almayıb, avtomobilə ciddi ziyan dəyməyib.
18:24 11.02.2026
Oxunuş sayı: 600