Çörək bahalaşdı - SƏBƏB AÇIQLANDI
Son dövrlərdə gündəlik istehlak səbətində mühüm yer tutan ərzaq məhsullarının qiymətində müşahidə olunan dəyişikliklər cəmiyyətin diqqət mərkəzinə çevrilib. Xüsusilə əhalinin ən çox istifadə etdiyi qida məhsullarından biri olan çörəyin bəzi növlərində qiymət artımının qeydə alınması istehlak bazarında yeni müzakirələr yaradıb. Qiymət dəyişiklikləri əsasən sənaye üsulu ilə istehsal olunmayan, supermarketlərdə və özəl müəssisələrdə hazırlanan çörək növlərində hiss olunur ki, bu da xammal, istehsal və logistika xərclərinin artması fonunda bazarda formalaşan yeni qiymət siyasətinin nəticəsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Çörək strateji məhsuldur amma dövlət tərəfindən tənzimlənməyən məhsuldur. Yəni onun qiymətinə dövlət nəzarəti yoxdur. Onun sadəcə normalarına dövlət nəzarəti var, çəkisinə v.s. Son zamanlar dünyada buğdanın qiymətində az da olsa artım var. Biz də idxaldan çox asılıyıq. Biz özümüzü 30% buğda ilə təmin edirik, geri qalan xaricdən alınır. Ola bilər ki, xaricdəki qiymət artımı çörəyin qiymətinə təsir göstərən amilə çevrilib".
Ayhan
16:53 10.02.2026
Oxunuş sayı: 667