Çexiya Ukrayna ilə bağlı mühüm planını təxirə saldı
Çexiya Silahlı Qüvvələri gözlənilmədən səkkiz ədəd L-159T1 və L-159T2 tipli təlim-döyüş təyyarəsini uzunmüddətli əsaslı təmirə göndərib. Bu təyyarələrdən dördünün əvvəlcədən Ukraynaya təhvil verilməsi planlaşdırılırdı.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təmir prosesi ən azı 2029-cu ilə qədər davam edəcək. Qərar Çexiyanın hərbi-texniki imkanlarının yenilənməsi və aviaparkın istismar müddətinin uzadılması məqsədi ilə izah olunur.
Qeyd edək ki, L-159 təyyarələri yüngül döyüş və təlim tapşırıqları üçün nəzərdə tutulub və Ukraynaya hərbi dəstək kontekstində müzakirə olunan əsas platformalardan biri hesab olunurdu. Təmir qərarı isə bu planların qeyri-müəyyən müddətə təxirə salınması deməkdir.
22:10 06.02.2026
Oxunuş sayı: 569