Litva da Rusiyanın Ukraynaya qarşı hücumları ilə bağlı Moskvaya etiraz notası təqdim edib. Vilnüs rəsmi şəkildə Rusiya Federasiyasının Ukraynanın enerji obyektlərinə və mülki əhalisinə yönəlmiş hücumlarını qətiyyətlə pislədiyini bəyan edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Litva Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Rusiyanın açıq şəkildə mülki hədəfləri — şaxtaçıları daşıyan avtobus, Drujkovkadakı bazar, təcili tibbi yardım avtomobili, eləcə də istilik və elektrik enerjisi şirkətlərini hədəf alması onun danışıqlarda iştirakının yalnız imitasiya olduğunu bir daha sübut edir.
Nazirlik vurğulayıb ki, bu addımlar Rusiya tərəfinin Ukrayna xalqının məhv edilməsinin dayandırılmasında və suveren dövlətə qarşı təcavüzün tezliklə sona çatdırılmasında maraqlı olmadığını açıq şəkildə göstərir.
Açıqlamada qeyd olunub ki, Litva beynəlxalq hüququn kobud şəkildə pozulmasını qəbuledilməz hesab edir və Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirəcək.