Niyə hiss etdiklərimi deməməliyəm, sadəcə məşqçi olduğuma görə? - Pep Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qlobal münaqişələr barədə açıq mövqe bildirməsinə qarşı təzyiqlərə baxmayaraq geri addım atmayıb. İspaniyalı mütəxəssis bildirib ki, məşqçi olması onun cəmiyyətdə baş verən hadisələrə münasibətini ifadə etməsinə mane olmamalıdır.
Crossmedia.az xəbər verir ki, Qvardiola çərşənbə axşamı keçirilən mətbuat konfransında mövqeyindən istifadə edərək daha yaxşı cəmiyyət üçün səsini ucaltmaq istədiyini deyib. O, dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrdə zərər çəkən insanların, xüsusilə uşaqların taleyinin onu dərindən incitdiyini vurğulayıb.
Lakin məşqçinin bu çıxışları birmənalı qarşılanmayıb. Bir qisim Qvardiolanı dəstəkləsə də, Böyük Mançester Yəhudi Nümayəndə Şurası onu futbola fokuslanmağa çağırıb və gələcək açıqlamalarında daha ehtiyatlı olmağı tövsiyə edib.
Bundan sonra, 55 yaşlı mütəxəssis açıqlamasında geri addım atmayıb:
“Açığı, xüsusi bir şey deməmişəm. Mən belə hiss edirəm və hisslərimi gizlətmirəm”.
Qeyd edək ki, Qvardiola ötən həftə Barselonada keçirilən xeyriyyə tədbirində çıxış edərkən, fələstinli uşaqlara dəstəyini ifadə edib. O, həmçinin “Mançester Siti” – “Nyukasl” matçı öncəsi mətbuat konfransında Fələstin, Ukrayna, Sudan və ABŞ-da baş verən hadisələrə toxunaraq, münaqişə zonalarından gördüyü görüntülərin onu sarsıtdığını bildirib.
“Hazırda dünyada nə qədər münaqişə var? Çoxdur. Mən onların hamısını qınayıram. Günahsız insanlar öldürülürsə, ölkə və ya region fərqi qoymadan hamısını pisləyirəm”, – deyə Qvardiola vurğulayıb.
Gələcəkdə yalnız futbol mövzusunda danışıb-danışmayacağı ilə bağlı suala isə məşqçi belə cavab verib:
“Birinə "yalnız öz sahənlə məşğul ol" deyilməsi dünya niyə susur?" sualının cavabıdır. Məncə, bu yanaşma yanlışdır”.
Türkanə Muradlı
21:00 06.02.2026
Oxunuş sayı: 650