Qanunsuz fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti DAYANDIRILIB
Mehdiabadda qanunsuz fəaliyyət göstərən kolbasa istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, agentlik Abşeron rayonunun Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus "Uğurlu Dad" əmtəə nişanlı kolbasa sexinə baxış keçirib.
Yoxlama zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.


14:46 05.02.2026
Oxunuş sayı: 421