AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Dövlət gənclər siyasətinin uğurla icrasına dəstək vermək, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərləri naminə birgə fəaliyyətini gücləndirmək AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.
Crossmedia.az xəbər verir ki, Şuranın rəhbəri MEK-in beynəlxalq fəal mütəxəssisi Cavid Məmmədli, sədr köməkçisi Könül Hüseynova, Aliyə Cəfərova seçilib.
Qeyd etmək lazımdır ki, Şura ictimai əsaslarla fəaliyyət göstərəcək, əsas məqsədi gənclərin milli-mənəvi dəyərləri, intellektual inkişaf, dövlətçilik və vətənpərvər ruhunda tərbiyə edilməsinə dəstək verməkdir.
18:15 04.02.2026
Oxunuş sayı: 379