Rusiyanın Ukraynanın Xerson rayonunda yerləşən Nikolske kəndini atəşə tutması nəticəsində Azərbaycan vətəndaşı həlak olub.
Crossmedia.az xəbər verir ki, hücum zamanı Azərbaycan vətəndaşı, Beyləqan rayonundan olan, uzun müddət Nikolske kəndində yaşayan 60 yaşlı Həsən Qiyas oğlu Qasımov həyatını itirib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar araşdırılır. Rəsmi qurumların məsələ ilə bağlı mövqeyi gözlənilir.