Mustafa Taczadə: İran hakimiyyəti ölkəni qorxu və zorakılıqla idarə edir
İranın keçmiş daxili işlər nazirinin müavini və islahatçı siyasi məhbus Mustafa Taczadə yanvar etirazlarının zorakılıqla yatırılmasını vətəndaşlara qarşı “qırğın” adlandırıb. Taczadə hakimiyyəti ölkəni qorxu və zorakılıq üzərində idarə etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu açıqlama Deutsche Welle tərəfindən yayımlanıb.
“Əziz İran Yaralı və Kədərlidir” başlıqlı açıqlamasında Taczadə vurğulayıb ki, hakimiyyətin yanaşması yanvar hadisələrində açıq şəkildə üzə çıxıb və minlərlə insanın yasına səbəb olub. Onun sözlərinə görə, bu faciə həm proqnozlaşdırıla bilən, həm də qarşısı alına bilən idi.
Taczadə əlavə edib ki, İranın ali rəhbəri Əli Xameneyi xalqın səsini dinləsəydi və ictimai tələbləri qəbul etsəydi, qan tökülməsinin qarşısı alına bilərdi. O, etirazçıların “iğtişaşçı” kimi təqdim edilməsini və aksiyaların xarici müharibələrlə əlaqələndirilməsini kəskin tənqid edib.
13:13 30.01.2026
Oxunuş sayı: 463