Londonda Xəzər sahilində “Sea Breeze” mega layihəsinin təqdimatı keçirilib
Londonda Azərbaycan səfirliyində Xəzər dənizi sahilində inşa olunacaq “Sea Breeze” gələcək şəhər layihəsinin təqdimatı keçirilib. Tədbiri layihənin təsisçisi Emin Ağalarov təqdim edərək iştirakçılara genişləndirmə planları və beynəlxalq brendlərlə əməkdaşlıq imkanları barədə məlumat verib.
Crossmedia.az-ın yaydığı məlumata görə, təqdimatda bildirilib ki, Sea Breeze çərçivəsində otellər, sosial infrastruktur obyektləri və Avropanın ən böyük kazinolarından biri tikiləcək. Həmçinin Half Moon adasının aktiv inkişafı xüsusi olaraq vurğulanıb.
Tədbirdə Böyük Britaniyanın investisiya və maliyyə sektorunun nümayəndələri, diplomatlar və işgüzar dairələrdən şəxslər iştirak ediblər. Layihə həm beynəlxalq əməkdaşlıq, həm də Xəzər regionunda turizm və investisiya potensialının artırılması baxımından böyük əhəmiyyət daşıyır.


13:43 30.01.2026
Oxunuş sayı: 581