Azərbaycanla Özbəkistan arasında müəllim- tələbə mübadiləsi müzakirə olunub
Azərbaycan Respublikası Dövlər Neft Sənayəsi Universitetinin rektoru Rüfət Əzizov Özbəkistandan ölkəmizdə səfərdə olan bir qrup professor - müəllim heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, o, görüş zamanı ikitrəfli əlaqələrdən danışıb.
Rektor, həmçinin Azərbaycanla Özbəkistan arasında olan əlaqələri və tələbə - müəllim mübadilələrini diqqət çatdıraraq bunun çox müsbət hal olduğunu qeyd edib.
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edəcəklər.
Sərgidə 10-dan artıq universitet və 30-a yaxın nümayəndə iştirak edəcək.
Xatırladaq ki, sərgi INGLA International ETC , Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi, Özbəkistanın Ali Təhsil Nazirliyinin təşkilatçılığı, AMEA Mərkəzi Elmi Kitabxanası və CrossMedia-nın dəstəyi ilə həyata keçirilir.

Elmir Heydərli
15:04 30.01.2026
Oxunuş sayı: 490