Şəmkir sakini dəm qazından boğulub
Şəmkir sakini dəm qazından boğulub.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Məmmədov Ruhlan Etibar oğlu yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Fakt ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
10:22 30.01.2026
Oxunuş sayı: 605