9 ayda mayor rütbəsindən generala qalxdı
Xəbər veriyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Crossmedia.az "Unikal"a istinadən xəbər verir ki, "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilən şəxslərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.
F.Məmmədov 12 mart 2025-ci ildə DGK sədrinin müavini təyin edilib. O, vəzifəyə təyin ediləndə gömrük xidməti mayoru idi.
Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib.
17:35 29.01.2026
Oxunuş sayı: 485