Türloyə dron sürüsünü sınaqdan keçirib
Türkiyənin STM şirkətinə məxsus Kargu kamikadze dronlarından ibarət 20 ədədlik dron sürüsünün sınağı uğurla həyata keçirilib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İstehsalçının məlumatına görə, bir operator tərəfindən idarə olunan və sürü intellektinə malik dronlar avtonom şəkildə tapşırıq zonasına daxil olub.
Sınaq zamanı dronlar müxtəlif hədəflərə hücum məqsədilə üç alt qrupa bölünüb və vahid komanda-idarəetmə sistemi ilə eyni anda zərbə endiriblər. Hədəf kimi düşmən piyadalarını imitasiya edən maketlərdən istifadə olunub, dronlar isə uzaqdan partladılan qəlpəli döyüş başlığı ilə təchiz edilib.
STM bildirib ki, paylanmış idarəetməyə əsaslanan sürü intellekti sayəsində bəzi dronlar sıradan çıxdığı halda belə, qalan dronlar tapşırığın icrasını davam etdirir.
09:34 29.01.2026
Oxunuş sayı: 359