Əhaliyə XƏBƏRDARLIQ: Bakının bu ərazilərində qaz olmayacaq
Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılacaq.
Bu məqsədlə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı olmayacaq.
09:28 27.01.2026
Oxunuş sayı: 558