Qəfəsdə saxlayıb cəbhəyə aparırlar – Rusiyada xalqdan müharibə səfərbərliyinə etiraz
Rusiyanın Ussuriysk şəhərində yerləşən 24776 saylı hərbi hissədə xidmətə yararsız hesab edilən hərbçilərin qanunsuz şəkildə saxlanıldığı və cəbhəyə göndərildiyi iddia olunur.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hərbçilərin ailələri bildiriblər ki, tibbi rəy əsasında xidmətə yararsız sayılan döyüşçülər sənədləri və telefonları alınaraq qapalı şəraitdə, “qəfəslərdə” saxlanılır. Onların sözlərinə görə, tibbi məhdudiyyətlərə baxmayaraq, yaralı və müvəqqəti yararsız şəxslər də ön cəbhəyə göndərilir.
Hüquqşünas Maksim Çixunov məsələ ilə bağlı müraciətləri və videomaterialları yayımlayıb. Videolarda hərbçilərin saxlanıldığı iddia edilən “qəfəslər” və ağır xəsarət almış əsgərlərə qarşı qəddar rəftarın əks olunduğu bildirilir.
Nəzrin Abbas
15:23 15.01.2026
Oxunuş sayı: 1083