Türkiyə İrana qarşı hərbi müdaxiləyə "YOX" dedi
Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi Ankaranın İran əleyhinə hərbi müdaxilələrə qəti şəkildə qarşı olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazir İranın öz daxili problemlərini müstəqil şəkildə və sülh yolu ilə həll etməli olduğunu vurğulayıb.
Hakan Fidan həmçinin qeyd edib ki, Tehran regiondakı qonşu ölkələrlə qarşılıqlı münasibətlərində də konstruktiv və diplomatik yolları seçməli, qarşıdurmalara yol verməməlidir. Nazir bildirib ki, bu yanaşma regional sabitliyin qorunması və gərginliyin qarşısının alınması baxımından olduqca vacibdir.
Nigar Yahyazadə
15:18 15.01.2026
Oxunuş sayı: 1199