ABŞ-nin Venesuela planlarında Rusiya faktoru - Detallar açıqlandı
ABŞ-nin energetika naziri Kris Raytın açıqlamalarına görə, rəsmi Vaşinqton Venesuelanın idarə olunmasında gələcəkdə bir neçə il ərzində iştirak edə bilər. Nazir, həmçinin bildirib ki, ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətini 50 ildən sonra da davam etdirməyə hazırdır və artıq təxminən 12 şirkət ölkədə işləmək niyyətindədir. Bu, həm regional siyasət, həm də qlobal enerji bazarı üçün əhəmiyyətli ola bilər.
Bu barədə Crossmedia.az a- a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Venesuela Prezidenti Nikolas Maduro tipli bir şəxs Venesuelada hakimiyyətə gəlmədiyi müddətdə ABŞ bu ölkənin idarə olunmasında yaxından iştirak edəcək: 2Hesab edirəm ki, burada Rusiyanın hərəkətə keçməsi də mühüm rol oynaya bilər. Yəni, hərəkətə keçib özünə yaxın bir şəxsi orada hakimiyyətə gətirməsi burada əsas rol oynaya bilər. Nazirin açıqlaması ABŞ-nin Venesuela bağlı planlarının artıq həyata keçirildiyini göstərir. Təbii ki, ABŞ Venesuelada istədiklərini demək olar ki, dolayısı ilə tam şəkildə çatdı. ABŞ üçün əsas olan uzun illərdir ki, dünyanın ən zəngin neft yataqlarına malik olan Venesuelada neftin dırnaq arası ələ keçirməsində aktiv iştirak etmək və tam ona yiyələnməkdir. Oradakı mövcud durum göstərir ki, Vaşinqton neft məsələsində istədiyinə çatdı. Ötən həftə Venesueladakı hazırkı müvəqqəti hökumətlə ABŞ arasında bağlanan müqavilə bunu deməyə əsas verir".

Siyasi şərhçi bildirib ki, ABŞ bir müddət hələ Venesuelada qalacaq və özünə yaxın bir şəxsi orada hakimiyyətə gətirdikdən sonra onun iqtidara tam yiyələnməsini gözləyəcək: “Ancaq yalnız orada hakimiyyətə gətirəcəyi şəxs tam şəkildə Venesuelaya idarəçilik baxımından rəhbərlik etdikdən sonra hesab edirəm ki, ABŞ həmin ərazidən çıxacaq. İstənilən halda, bugün ABŞ istədiyini həyata keçirdi: bir ölkənin rəhbərini oğurlayaraq ölkəyə gətirib və mühakimə edir. O, hədəflərinə tam şəkildə yalnız bu yolla çata bilərdi və hədəfləri də elə bu idi".
Mehriban Yariyeva
15:23 13.01.2026
Oxunuş sayı: 1327