İran interneti kəsdi, Tramp bərpa mesajı verdi
Bu gün ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin ölkə üzrə interneti kəsməsi fonunda etirazçıların 70 saatdan artıqdır internetə çıxışının olmaması ilə bağlı sualları cavablandırıb.
Crossmedia.az xəbər verir ki, Tramp Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, məsələni Elon Maskla müzakirə edəcək.
“Bununla bağlı Elon Maskla danışacağam və biz birlikdə qərar verəcəyik. Siz onun bu sahədə bacarığını və uğurlu şirkət rəhbəri olduğunu bilirsiniz. Əgər mümkün olarsa, interneti bərpa edə bilərik”, – deyə Tramp vurğulayıb.
Açıqlama İran hakimiyyətinin ölkə daxilində genişmiqyaslı etirazlar fonunda internetə məhdudiyyətlər tətbiq etməsindən sonra səsləndirilib.
20:31 12.01.2026
Oxunuş sayı: 1550