Sumqayıtda avtomobil 63 yaşlı qadını vuraraq öldürüb
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Belə ki, yolu keçən 1963-cü il təvəllüdlü Təhməzova Mənzər Həsən qızını avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
01:35 13.01.2026
Oxunuş sayı: 989