Trampdan İrana xəbərdarlıq: Danışıqlardan əvvəl etirazçılar dəstəklənəcək
İran hakimiyyəti Vaşinqtonla danışıqlara başlamaq üçün müraciət edib.
Trampın sözlərinə görə, İran liderləri onunla əlaqə saxlayaraq dialoq təklif ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Tramp qeyd edib ki, Tehran–Vaşinqton xəttində vasitəçilik edən Oman rəsmiləri yaxın vaxtlarda İrana səfər ediblər.
Ancaq ABŞ prezidenti danışıqlar mövzusunun gündəmə gəlməsindən əvvəl İranda etirazçılara qarşı zorakılığa cavab veriləcəyini vurğulayıb.
Prezidentin sözlərinə əsasən, ABŞ İran rejiminin etirazçılara atəş açmasına biganə qalmayacaq və əvvəlcə nümayişçilərin dəstəklənməsi məsələsi ön planda olacaq.
Onun dediklərinə görə, İran hakimiyyəti artıq ABŞ-nin müəyyən etdiyi “qırmızı xətti” keçib. Tramp deyib ki, Vaşinqtonun qarşısında çox çətin seçimlər var və bu qərarlar yaxın zamanda veriləcək.
20:22 12.01.2026
Oxunuş sayı: 1142