Pezeşkian da mitinqçilərə qoşuldu: Xalq ayağa qalxdı
İran prezidenti Məsud Pezeşkian Tehranda etirazçıların aksiyalarına qarşı təşkil edilən nümayişdə şəxsən iştirak edib.
Crossmedia.az bu barədə "Tasnim"ə istinadən xəbər verir.

Qeyd olunub ki, o, İran İslam Respublikasının paytaxtının mərkəzində yerləşən İnqlab meydanına gəlib və etirazçılara qoşulub. Daha əvvəl etirazlara qarşı çıxış edən İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də iştirak edib.
İranın dövlət televiziyası bazar ertəsi səhər saatlarında hökumətyönlü mitinqlərin Bircənd, Zahidan, Zəncan, İlam, Kirman, Qum, Rəşt, Həmədan və Şəhr-e Kord şəhərlərində də keçirildiyini bildirib.
Kübra Musayeva
17:20 12.01.2026
Oxunuş sayı: 1752