Kiprdə bir gün ərzində iki səs-küylü insident qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər “Uralkali” ASC-nin keçmiş baş direktoru Vladislav Baumgertneri axtarışa veriblər, yanvarın 7-də isə onun izi itib. Axtarış xüsusi xidmətlər və müvafiq avadanlıqlardan istifadə etməklə davam etdirilir.
Ertəsi gün Rusiya səfirliyinin əməkdaşı Lefkoşa da ölü tapılıb. Polisin ilkin ehtimalına görə, diplomat intihar edib, lakin Kipr mediası hadisələrin zaman baxımından üst-üstə düşdüyünü vurğulasa da, rəsmi əlaqə hələ təsdiqlənməyib.
Kübra Musayeva