Gürcüstanın keçmiş baş nazirinə həbs cəzası veriləcək
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə 5 il həbs cəzası veriləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, o, günahını etiraf edib və bununla bağlı təqdim olunan sənədləri imzalayıb.
İrakli, həmçinin bir milyon lari məbləğində cərimələnəcək və cinayət yolu ilə əldə etdiyi sərvətlərinin müsadirə olunmasına qərar veriləcək.
Kübra Musayeva
16:18 12.01.2026
Oxunuş sayı: 1164